Sosial
Soydaşımız Niderland mediasında Xocalıdan yazdı
Niderlandda yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasovun Niderland mətbuatında Xocalı soyqırımı ilə bağlı növbəti yazısı gedib.
Bu barədə xəbəri diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.
Yazı “Gerçək bir cəhənnəm istisi” adlanır və soydaşımız yazısına belə başlayır: “Yazımı belə adlandırmağım təsadüfi deyil. İyirmi yeddi il öncə, soyuq bir qış günündə Xocalıda əsl cəhənnəm istisi var idi. 26 fevral 1992-ci ildə, havanın soyuq olmasına baxmayaraq, Azərbaycanın Xocalı şəhəri cəhənnəmi xatırladırdı. Erməni-Rus hərbi birləşmələri Xocalıda qırğın törətdilər. Bir gecənin içərisində 613 nəfər həyatını itirdi. Yüzlərlə insan evsiz – eşiksiz qaldı. Günahkarlar bəllidir və hər kəs də bunu bilir: Rus-erməni hərbi birləşmələri. Ancaq beynəlxalq İctimaiyyət buna səssiz qalıb. Biz Azərbaycanlılar bu hadisələri soyqırımı kimi dəyərləndiririk”.
Daha sonra Xocalı soyqırımı, bu hadisələrə gətirib çıxaran səbəblər barədə söhbət açan müəllif, Ermənistanın Azərbaycan torpaqlarını, Dağlıq Qarabağ və daha yeddi rayonu işğal etdiyini, Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi barədə BMT-nin dörd qətnaməsinə (nömrələri göstərilməklə) məhəl qoymamasını xüsusi vurğulayıb.
Fransa prezidenti Makronun (Emmanuel Macron) “Erməni soyqırımı”nı Fransanın təqviminə anım günü kimi salacaqlarını deməsini, ancaq dünya siyasətçilərinin Xocalı hadisələrini görməzdən gəldiyini qeyd edən soydaşımız bunun düzgün olmamasına diqqət çəkib.
Vüqar Abbasov yazısına davam edərək yazıb: “Xocalı hadisələrinə diqqət verilməlidir. O zamandan iyirmi yeddi il keçməsinə baxmayaraq, Avropa siyasətçiləri, araşdırmaçıları, jurnalistləri bu məsələyə heç bir diqqət göstərmirlər. Baxmayaraq ki, bu sözügedən hadisə barədə kifayət qədər faktlar, şəkillər, video görüntülər, şahidlər var. Nə üçün Xocalı hadisələri soyqırım kimi tanınmamalıdır? Niyə dünya siyasətçiləri susurlar, bu barədə geniş zallarda, tv-lərdə danışmırlar?”
Sonda müəllif, Zori Balayanın, Davud Xeyriyanın (Daud Kheyriyan) öz kitablarında özlərinin, ermənilərin törətdikləri vəhşilikləri, qırğınları necə qələmə aldıqlarını onların öz sözləri ilə qeyd edib. Müəllif yazısını Azərbaycan xalqının gec-tez ədalətin qələbə çalacağına inandığını yazıb.
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir