Gömrük Komitəsi sosial şəbəkələrdəki video ilə bağlı AÇIQLAMA YAYDI
Bizi izləyin

Sosial

Gömrük Komitəsi sosial şəbəkələrdəki video ilə bağlı AÇIQLAMA YAYDI

Ötən gün sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videotəsvirləri yayımlanıb və şəbəkə istifadəçiləri yanlış olaraq bunun Azərbaycan gömrük xidmətinin tabeliyindəki qurumlardan birində baş verdiyini iddia edərək gömrük orqanlarının ünvanına əsassız ittihamlar irəli sürürlər.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, hadisə Azərbaycan Respublikası ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib: "Bu videotəsvirlərdə əks olunan şəxslərin üzərindəki rəsmi geyim formasından da aydın görünür və kadrların lentə alındığı məkanın ölkəmizin gömrük orqanlarına aidiyyəti yoxdur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm