Sosial
Xarici valyutanın gömrük nəzarətindən gizlədilməsinin qarşısı alındı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Publika.az-a bildirilib ki, Bakı-Doha aviareysi ilə getmək istəyən Azərbaycan vətəndaşı “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçib, lakin əl yükü və üzərində olan, əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük qanunvericiliyinin tələbinə əsasən gömrük orqanının müəyyən etdiyi yerdə, yəni “Qırmızı kanal” buraxılış sistemindən istifadə etməklə gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib. Bundan sonra vətəndaşın əl yükü və üst geyimi aviasiya təhlükəsizliyi üzrə nəzarət zonasında rentgen aparatından keçən zaman monitorda kağız pulların təsviri görünüb. Beləliklə sərnişində gömrüyə bəyan edilməyən malların olması barədə gömrük əməkdaşında əsaslı şübhə yaranıb və o saxlanılaraq çantasındakı əşyalar barədə sorğu-sual olunub. Sorğu-sual zamanı çantasının alt hissəsində yalnız taxta olduğunu bildirən vətəndaş yoxlamanın davam etdiriləcəyini görəndən sonra həmin taxtanın arasında valyuta olduğunu etiraf edib. Nəticədə qara rəngli əl çantasının içərisində eyni rəngdə parça örtüyə salınan altlıq kimi düzəldilən karton və laminat materialdan olan lövhələrin arasında malların aşkar edilməsini çətinləşdirən üsulla gömrük nəzarətindən gizlədilən 28 min ABŞ dolları və 3500 avro aşkar edilib. Daha sonra, vətəndaşın üzərində valyuta olub-olmadığı soruşulduqda isə o 1377 ABŞ dollarını və 75 avronu əynindəki boz rəngli şalvarın cibindən çıxararaq gömrük nəzarətinə təqdim edib. Ümumilikdə, vətəndaşdan 29 min 377 ABŞ dolları və 3575 avro aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ