Sosial
MİDA-dan alınan sosial evlər kirayə verilir - FOTOFAKT
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində güzəştli şərtlərlə satılan sosial evlər kirayə bazarına çıxarılıb.
Elan saytlarının birində bununla bağlı elan yer alıb.
Həmin mənzilin kirayələnməsində vasitəçi olan Maqsud adlı şəxs mənzilə, elan saytına yerləşdirildiyi gün (mayın 13-ü) müştəri tapıldığını bildirib.
Onun sözlərinə görə, Yasamal rayonunda “ASAN xidmət”in arxasında MİDA-dan alınan 10 mərtəbəli binanın 6-cı mərtəbəsində ümumi sahəsi 80 kv.m. olan 3 otaqlı mənzil kirayənişinə aylıq 400 manata verilib: “Həmin ev kirayəyə verilib. Amma məndə belə evlər olur. Mən sadəcə olaraq, bu evlərin kirayəsini həyata keçirirəm. Bununla bağlı gələcəkdə problem yaranıb-yaranmayacağını bilmirəm. Əgər MİDA-dan alınan evin kirayəyə verilməsi qanunsuzdursa, buna görə məsuliyyəti mən yox, ev sahibi daşımalıdır. Əgər, məndə belə evlərdən yenə olarsa, təqdim edəcəm”.
“Report”un əməkdaşı məsələ ilə əlaqədar MİDA-ya da müraciət edib. Agentlikdən bildirilib ki, yalnız sorğu göndərildikdən sonra cavab verə bilərlər.
Qanunvericiliyə əsasən, MİDA-dan alınan sosial evlərin üç il müddətində icarəyə və ya kirayəyə verilməsinə məhdudiyyət qoyulub.
Qeyd edək ki, MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində güzəştli şərtlərlə satılacaq 1 654 mənzildən 430-nu artıq vətəndaşlar əldə edib. (report)
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO