Sosial
Azərbaycanda bu sahədə işləyənlərə ödənilən məbləğ artırıldı - QƏRAR
Büdcədən maliyyələşən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri yenidən müəyyən edilib.
Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ni yeni redaksiyada təsdiq edib. Qərar sentyabrın 1-dən qüvvəyə minir.
Qərara görə, bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələrə tədris məğşələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı ödənilməli məbləğ 10,30 manat, dosent və ya fəlsəfə doktoru üçün 6,80 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 5,30 manat olub.
Xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyicilərinə tədris məğşələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı ödənilməli məbləğ 12,20 manat, dosent və ya fəlsəfə doktoru üçün 8,90 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 6 manat olub.
Doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri üçün tədris məğşələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı ödənilməli məbləğ 14,70 manat, dosent və ya fəlsəfə doktoru üçün 10,30 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 6,80 manat olub.
Əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 12,20 manat, dosent və ya fəlsəfə doktoru üçün 8,90 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 6 manat məbləğində müəyyənləşdirilir.
Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 7,80 manat, geyimsiz naturada isə 12,90 manat məbləğində müəyyən olunur. (trend)
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi