Sosial
Xalça Muzeyindən fiziki imkanları məhdud şəxslərə şad xəbər
Hər il dünyada 13 noyabr Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd edilir.
Publika.az xəbər verir ki, bu münasibətlə noyabrın 8-də, saat 18:00-da Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsinin açılış mərasimi keçiriləcək.
Artıq görmə qabiliyyəti məhdud olan insanlar üçün muzeyin eksponatları barədə mətnlər ikinci mərtəbədə də Brayl əlifbası ilə təqdim olunur. Həmçinin burada xovlu və xovsuz texnologiyanın birlikdə tətbiqi ilə üzərində həndəsi və nəbati elementlər, zoomorf və antropomorf təsvirlər olan kiçik ölçülü xalça nümunələri nümayiş etdirilir. Bununla da muzeyin Ənənəvi texnologiya şöbəsinin toxucuları tərəfindən hazırlanan hər bir xalça növünün toxunuş müxtəlifliyini görmə qabiliyyəti məhdud insanlar taktil (toxunma) üsulla duya bilirlər.
Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən tədbir fiziki məhdudiyyətli insanların ictimai-mədəni mühitdə bərabərliyinin təmin olunması, onlara psixoloji və mənəvi dəstək məqsədi daşıyır.
Məlumat üçün bildirək ki, Azərbaycan Milli Xalça Muzeyində əlil arabalarının ekspozisiyada maneəsiz hərəkəti üçün lazımi şərait var. 2019-cu ilin əvvəlindən isə muzeyin birinci mərtəbəsində təqdim edilən eksponatlarla taktil üsulla, həmçinin Azərbaycan və ingilis dillərində xüsusi audioyazı və Brayl şrifti ilə hazırlanan yazılı materiallar vasitəsilə tanış olmaq mümkündür. Eyni zamanda, həmin dövrdən etibarən muzeyin Ənənəvi texnologiya və Uşaq şöbələrinin əməkdaşları xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün ustad dərsləri keçirlər.
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat










.jpg)


.jpg)






















