Sosial
Dövlət Gömrük Komitəsinin Akademiyasında bayram tədbiri - FOTO
Dövlət Gömrük Komitəsinin Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Publika.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov Azərbaycan tarixinin ən dəyərli bayramlarından biri olan həmrəylik gününün tarixindən danışaraq, bu günün xalqımızın təşəkkülündə, inkişafında və formalaşmasında birləşmə, birlik ideyalarının mənəvi əsasını qoyan bir bayram olduğunu deyib. Məhz ulu öndər Heydər Əliyevin 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə aldığını və dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildiyini deyən Q.Novruzov növbəti dövrdə bu bayramın ümumxalq bayramına çevrildiyini qeyd edib. Hazırda bu bayramın müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla birlik və həmrəylik yaratmaq üçün böyük əhəmiyyətə malik olduğunu bildirib.
2019-ci ilin Azərbaycan tarixində bir sıra mühüm hadisələrlə yadda qaldığını vurğulayan Q.Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin siyasi, iqtisadi və digər sahələrdə uğurlarından danışıb.
Qulu Novruzov vurğulayıb ki, bu il Dövlət Gömrük Komitəsi tərəfindən islahatlar yolunda kifayət qədər çox ciddi addımlar atılıb: "Bu baxımdan, kadr hazırlığını həyata keçirən Dövlət Gömrük Komitəsinin Akademiyası üçün də bu ili uğurlu hesab etmək olar".
Akademiya rəisi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə akademiyanın kollektivini, professor-müəllim heyətini və tələbələri təbrik edib, onlara yeni ildə müvəffəqiyyətlər arzulayıb.
Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş videoçarx nümayiş olunub. Daha sonra tələbələrin ifasında şeirlərdən ibarət səhnəciklər və ədəbi-bədii kompozisiya təqdim olunub.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi