Sosial
Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız gedə bilər
"Henley & Partners" şirkəti bu gün 200 dövlətin viza qaydalarının təhlili əsasında və vizasız girişin mümkün olduğu ölkələrin sayına görə sıralanan yenilənmiş Pasport İndeksini dərc edib.
Azərbaycan vətəndaşları vizasız 67 ölkəyə baş çəkə bilərlər.
"Azərbaycan 2019-cu ildə İndeksdə 76-cı yeri tutub (2018-ci illə müqayisədə iki mövqe geriləyib). Hazırda Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız gedə bilərlər (2018-ci ildə 66 ölkə olub)", - “Henley & Partners”dən qeyd ediblər.
İl ərzində Azərbaycan Pakistan, Seneqal və Serbiyaya vizasız giriş əldə edib, eyni zamanda Benin və Cibuti ilə vizasız rejim ləğv edilib.
İndeksdə birinci yeri Yaponiya tutur. Bu ölkənin vətəndaşları dünyanın 191 ölkəsinə vizasız (və ya gəldikdən sonra viza almaqla) gedə bilər. Bu, keçən ilin göstəricisi ilə müqayisədə bir ölkə çoxdur. Sinqapur 190 ölkə ilə ötən il olduğu kimi, 2-ci yeri tutub. 189 ölkə göstəricisi ilə Cənubi Koreya və Almaniya 3-cü yeri tuturlar.(Report)
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR






.jpg)



.jpg)



.jpg)
























