Sosial
Azərbaycanı SİLKƏLƏYƏN DƏHŞƏTLİ HADİSƏ - Ekspertlər detalları açdı
Son vaxtlar ölkədə azyaşlılara qarşı cinayət hallarının, pedofiliyanın artması, eyni zamanda yeniyetmələrin itkin düşməsi cəmiyyətdə ciddi rezonans doğurub. Həyəcan siqnalı işə düşüb desək, yanılmarıq.
Bu kimi halların artım səbəbləri hansılardır?
Psixoloq Elnur Rüstəmov məsələ ilə bağlı Publika.az-a açıqlamasında bildirdi ki, oxşar hallarla mübarizədə valideynlərin maksimum səviyyədə maarifləndirilməsinə ehtiyac var:
“Milli-mənəvi dəyərlərlə bağlı konsepsiya hazırlanmalıdır. Çünki hər bir toplumu ayaqda saxlayan onun dəyərləridir. Bu gün Avropa ölkələrinə diqqət yetirsək görərik ki, onlar milli-mənəvi dəyərləri qabardır. Sosial çarxlar çəkilməli, maarifləndirici kitablar yazılmalıdır. Xüsusilə analar bu kitabları oxumalıdır. Cinayətkarlar birmənalı şəkildə psixoloji travma almış şəxslərdir. Hansı ki, o travmalara qalib gələ bilmirlər və zamanla patologiyalar meydana çıxır. Əgər bu halları valideyn uşağında müşahidə edərsə, tədbir görməlidir. Əks halda uşaq böyüyüb cəmiyyət üçün potensial təhlükəyə çevrilə bilər. Xüsusilə yeniyetməlik dövrü bu baxımdan həssas dönəmdir”.
Psixoloq qeyd etdi ki, övladı təcavüzə məruz qalan valideynlər bunu gizli saxlamamalıdır: “Bəzən görürsən ki, doğmaları, qohumları tərəfindən uşaqlara zorakılıq edilir. Əksər ailələr biabır olarıq düşüncəsi ilə baş verənləri gizlədir. Onun travmasını aradan qaldırmaq istiqamətində mütəxəssislərlə iş aparılmalıdır”.
Psixoloq Azad İsazadə yeniyetmə qızların itkin düşmə səbəblərindən danışdı. Bildirdi ki, kortəbii adət-ənənələr ciddi şəkildə nəzarətə götürülməlidir: “Bəzi yeniyetmə qızlar sonradan oğlanla tapılır. Onların qaçdığı, yaxud qaçırıldığı ortaya çıxır. Qız qaçırma keçmişin adət-ənənəsinə arxalanır. Bu adət-ənənənin içərisində sözsüz ki, barışıq da var idi. Kasıb oğlan varlı ailədən qız ala bilmirdi, ona görə də onu qaçırırdı. Lakin qızlar həmişə öz istəyi ilə getmir. Bu baxımdan kortəbii adət-ənənənəyə qarşı mübarizə aparılmalıdır”.
Psixoloq vurğuladı ki, Azərbaycanda pedofiliya qərb ölkələri ilə müqayisədə az yayıldığından bəladan qorunma mexanizmləri də demək olar ki, yox səviyyəsindədir: “ Uşaqlara daim nəzarət olunmalıdır. Səhv etmirəmsə, Qazaxıstanda pedofillərə ineksiya vurulur ki, cinsi aktivliklərini itirsinlər. Cinayət törədən şəxslər ağır psixoloji travma keçirənlərdir. Bəziləri uşaqlıqda təcavüzə məruz qalır və bu, onlarda psixoloji iz qoyur. Gündəlik ünsiyyətdə onları fərqləndirmək çətin olur. Təcavüzə məruz qalan uşaqları ailədən uzaqlaşdırmaq ədalətsizlikdir. Bu, onlar üçün yeni travmadır”.
Sosial şəbəkələrdə yayılan edam üçün imza toplama kampaniyaları ilə bağlı isə A.İsazadə qeyd etdi ki, cinayətkarları edam etmək problemi həll etmir: “Həbsxanada həmin adama qarşı olan təzyiqlər ölümdən betər olur. Azərbaycanda ölüm hökmü bərpa olunarsa beynəlxalq təzyiqlə rastlaşa bilərik”.
Hüquqşünas Roman Qaraşov isə saytımıza açıqlamasında bildirdi ki, yeniyetmələrin itkin düşməsində sosial şəbəkələr də az rol oynamır:
“Hətta bəzən nikahda olanlar da qoşulub qaçır. Cəmiyyətin qınağından qorxduqları üçün geri qayıda bilmirlər. Uşaq hüquqlarına gəlincə, Avropa ölkələrinə getdikdə, uşaqlara tətbiq olunan daimi nəzarət mexanizmi ilə qarşılaşırıq. Uşaqların hər yaş kateqoriyasına uyğun olaraq dövlət orqanı əməkdaşları, psixoloqlar onlarla mütəmadi görüşlər keçirirlər. Təklikdə “Yaşadığın həyat səni qane edirmi, ailədə nə kimi proseslər baş verir, təzyiq və ya şiddət varmı” və s. bu kimi söhbətlər edilir. Onlara məlumat xarakterli “qaynar xətt” belə təqdim olunur. Azərbaycanda isə yaş kateqoriyasına uyğun nəzarət mexanizmi yoxdur. 6 yaşlı uşaqla, 17 yaşlı yeniyetmə üçün nəzarət mexanizmi fərqli olmalıdır. Psixoloq, ərazi inspektoru və komitə üzvlərindən ibarət işçi qrupu yaradıb ildə heç olmasa bir dəfə monitorinq keçirmək lazımdır. Əgər bir cəmiyyətin bütövlüyünü, tarazlığını, sağlam gələcəyini istəyiriksə, ilk növbədə uşaqları qorumalıyıq”.
Hüquqşünas qeyd etdi ki, qanunların icrası aşağı səviyyədədir: “Yazırıq ki, filan qanunda bu var, başqasında digər mövzu var və s. Yəni, hər mövzuya toxunulub, amma işlək deyil”.
Roman Qaraşov vurğuladı ki, qanunvericiliyin tənzimləmədiyi məsələlər əxlaq normaları ilə nizama salına bilər: “Hüquq pozuntusuna yol verən xeyli sayda insanla işləyirəm. Bəziləri deyir onsuz da qanunla qadağan olunmayıb ki, etməyimdə pis nə var? Həmin şəxslərə izah edirəm ki, bu, ən azından mənəvi əxlaqsızlıqdır. Tutaq ki, bir qadın və ya kişi əxlaqsızlıq edirsə, bunun qanuni çərçivədə cəzası yoxdur. Ancaq bu, mənəvi cinayətdir axı. Bunu da düşünməliyik. Hər şey Cinayət Məcəlləsində yazılmır. Qanunlardan daha çox əxlaq normalarının təbliğatı düzgün aparılmalıdır, nəinki zorakılıq hallarının”.
Hüquqşünas Fariz Əkbərov isə portalımıza açıqlamasında bildirdi ki, valideyn məsuliyyəti bu gün demək olar ki, yox səviyyəsindədir: “Valideyn rahat şəkildə övladından imtina edə bilir. Mülki məsuliyyətin olmağı məsələni həll etmir. Buna görə də valideyn övladını atıb gedir”.
Ekspert cinayətkarlara qarşı cəzanın sərtləşdirilməsini bəzi maddələr istisna olmaqla məntiqli hesab etmir: “Birinci növbədə insanlar adaptasiya və ya reabilitasiya olunmalıdır. Pedofiliya və cinsi zorakılıq hallarında cinayətkarların edam qərarı doğru olar. Köməksiz vəziyyətdə olan uşağa qarşı cinayət baş verirsə, bunun başqa bir addımı, yolu yoxdur. Qanunların icra mexanizminin təkmilləşdirilməsinə də ehtiyac var”.
Məhərrəm Əliyev
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO