Zakir Qaralov bu rayonların sakinləri ilə görüşdü - FOTO
Bizi izləyin

Sosial

Zakir Qaralov bu rayonların sakinləri ilə görüşdü - FOTO

Baş prokuror Zakir Qaralov yanvarın 31-də Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan və Xızı rayonundan olan vətəndaşları qəbul edib.

Publika.az xəbər verir ki, qəbuldan əvvəl Baş prokuror və Qobustan rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 7 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapmış, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm