Bərdə də dezinfeksiya olundu
Bizi izləyin

Sosial

Bərdə də dezinfeksiya olundu

Bərdədə Koronavirus (COVID - 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə şəhərin kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Publika.az xəbər verir ki, xidmətin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq Bərdədə dezinfeksiya tədbirlərinin həyata keçirilməsini gücləndirib. Şəhərin prospekt və küçələri mütəmadi olaraq xüsusi maddələrlə yuyulur.

Həmçinin binaların ümumi istifadə yerlərində, giriş blokları və pilləkənlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür, əhali arasında maarifləndirmə işləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm