Polisə müraciət edənlər ilkin yoxlamadan keçəndən sonra binalara buraxılır
Bizi izləyin

Sosial

Polisə müraciət edənlər ilkin yoxlamadan keçəndən sonra binalara buraxılır

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, koronavirus infeksiyasından həm özünüzün, həm də yaxınlarınızın qorunması üçün mütləq qaydada fərdi gigiyena tələblərinə əməl etmək tövsiyə edilir.

Bu məqsədlə Polis İdarə, Şöbə və Bölmələrində də mütəmadi olaraq müvafiq qaydada dezinfeksiya işləri görülür. Polisə müraciət edən şəxslər ilkin yoxlamadan keçiriləndən və gigiyenik normalara əməl edəndən sonra inzibati binalara buraxılırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm