Sosial
Azərbaycanda yaşayan əcnəbilərin NƏZƏRİNƏ - Müddət uzadıldı
Azərbaycanda yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə qalma müddəti yenidən uzadılıb.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin 31 may 2020-ci il tarixinədək uzadılmasını, miqrasiya qanunvericiliyinə əsasən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin 60 günədək uzadıla biləcəyini və əcnəbilərin ölkəni tərk etmə imkanlarının məhdud olduğunu nəzərə alaraq, müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) 60 gün uzadılmış əcnəbilərin ölkədə olması dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.
Eyni zamanda, bildirilir ki, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaqdır. Bununla bağlı əlavə məlumat veriləcəkdir.
Əlavə məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi