Sosial
Biz pandemiyanın başlama mərhələsindəyik - TƏBİB
Epidemoloji statistik göstəricilər qətiyyən qaneedici deyil.
Publika.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, bu həftədən sonra bayram günləri də daxil olmaqla, 2-3 günlük küçəyə çıxma qadağası tətbiq oluna bilər: "Növbəti həftələr üçün bu barədə danışmaq çox tezdir. Bu qərarlar qəbul olunan zaman epidemoloji göstəricilər, mütəxəssislərin birgə rəyi nəzərə alınıb. Bu qadağa dünya təcrübəsində də istifadə olunur. Belə qənaətə gəlinib ki, yalnız həftə sonları küçəyə çıxma qadağasının tətbiqi kifayət deyil" .
O bildirib ki, belə qapanmalardan sonra vətəndaşlar daha çox qaydaları pozmağa meyilli olur: "Yumşalma tədbirlərinin həyata keçirilməsində epidemoloji göstəricilər nəzərə alınırdı. Baxmayaraq ki, Operativ Qərargahın tibbi bölməsi tərəfindən metodiki göstərişlər hazırlanıb, bu metodiki tövsiyyələr ictimaiyyətə çatdırılıb, KİV vasitəsilə ictimai xadimlərimiz insanlara müraciət edib, amma insanlar yenə də bu tövsiyələrə əməl etməyib".
O bildirib ki, hazırda yaşanan hal ikinci dalğa deyil: "Biz pandemiyanın başlama mərhələsindəyik. Biz bir qədər artım gözləyirdik, lakin statistik göstəricilər gözləmədiyimiz istiqamətdə oldu. Bu səbəblə həftə sonu tam qapanma olacaq. İnsanların zəruri ehtiyaclarını qarşılaması üçün iki gün vaxt var. Eyni zamanda , dövlət qurumlarında cümə günü saat 14:00-dan sonra iş dayansa da, bunu tətil kimi başa düşməsinlər. Bu qayda özəl qurumlara şamil edilməsə də, onlara da tövsiyə edirik ki, iş saatını bitirmək məsələsinə baxsınlar".
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...