Rasim Balayevin səhhəti yenidən PİSLƏŞDİ
Bizi izləyin

Sosial

Rasim Balayevin səhhəti yenidən PİSLƏŞDİ

Bir müddət öncə Türkiyədə boynundan ağır əməliyyat keçirən Xalq artisti Rasim Balayevin səhhəti hələ ki, tam düzəlməyib.

Publika.az xəbər verir ki, Moderator.az-ın əməkdaşı R.Balayevlə əlaqə saxlayıb və o, hazırda Türkiyədə müayinə olunduğunu, ayın sonu vətənə qayıdacağını bildirib:

“Ötən dəfə Türkiyədə boynumdan keçirdiyim ağır əməliyyata görə ağrıların olduğunu demişdim. Əməliyyatdan sonra Azərbaycana qayıtdım və sonra ağrılar başladı. Bu dəfə yenidən Türkiyəyə gəldim və hazırda müayinə olunuram. Həkimlər əməliyyatdan sonra başlayan ağrıların səbəbini araşdırırlar. İnşallah, hər şey yaxşı olsun və iyulun 28-də vətənə qayıdacam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm