Sosial
Kənd turizminin inkişafına dəstək üçün portal yaradılacaq
Quba rayonunda kənd turizminin inkişafı üçün “www.kendegel.az” portalı yaradılacaq. Bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi Quba rayonunda fəaliyyət göstərən KOB subyektinə fərdi məsləhət xidmətləri göstərib.
Publika.az KOBİA-ya istinadla xəbər verir ki, peşəkar və təcrübəli ekspertin iştirakı ilə portalda yerləşdiriləcək Qubanın Yuxarı Xanəgah, Nügədi, Qımılqışlaq, Qəçrəş, Təngəaltı və Qrız kəndlərində yerləşən evlərin sahibləri ilə görüş keçirilib, portalın yaradılmasının ev sahiblərinə verəcəyi üstünlüklər, gəlirlərinin artmasına təsiri müzakirə edilib, kənd turizminin inkişafında evlər üçün minimal tələb və standartlar haqqında ətraflı məlumat verilib.
Yaradılacaq “www.kendegel.az” portalı yerli və xarici turistlərə istirahətinin Quba rayonunda planlaşdırılmasında dəstək olacaq. Belə ki, portal turistlərə qeyd olunan kəndlərdəki evlər, onların qiyməti, tarixi abidələr, ekskursiya yerləri, vaxın səmərəli keçirilməsi üçün təklif olunan xidmətlər barədə ərtaflı məlumat əldə etmək imkanı yaradacaq.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?