Azərbaycanda bu rayonlarda da "ASAN xidmət” mərkəzi olacaq
Bizi izləyin

Sosial

Azərbaycanda bu rayonlarda da "ASAN xidmət” mərkəzi olacaq

Hazırda ölkədə 20 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir.

Publika.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

Onun sözlərinə görə, həmin mərkəzlərdən 5-i Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir: "2021-ci ildə Bakıda daha 2 “ASAN xidmət” və 1 “ASAN Kommunal” mərkəzinin açılışı planlaşdırılır. Həmçinin, Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm