Sosial
Bu müəssisələrdə qanunvericilik kobud şəkildə pozulub - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
AQTA-dan Publika.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 02 aprel 2021-ci il tarixində ölkə üzrə 424 ictimai iaşə obyektində 719 monitorinq keçirilib. Monitorinqlər zamanı 20 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 73-ün həyətində yerləşən, fiziki Novruzov Zaur Gülqardaş oğluna məxsus kafe;
2. Bakı şəhəri, Yasamal rayonu, C. Cabbarlı küçəsi, ev 38 ünvanında yerləşən, fiziki şəxs Mirəliyev Qalib Müstəcəb oğluna məxsus dönərxana;
3. Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsi 4 ünvanında yerləşən, fiziki şəxs Əmirova Əfsanə Bəylər qızına məxsus restoranı;
4. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, A. İldırım küçəsində yerləşən, fiziki şəxs oğluna məxsus “El” restoranı;
5. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 17, “Glass Plaza” ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən, fiziki Məlikzadə Elşən Asif oğluna məxsus "Nar" kafesi;
6. Bakı şəhəri, Yasamal rayonu, A. Salamzadə küçəsi 104A ünvanında yerləşən, fiziki Həsənov İlkin Telman oğluna məxsus “Bamboo Lounge & Restaurant” restoranı;
7. Bakı şəhəri, Nərimanov rayonu, Ş. Mustafayev küçəsi 27 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Elvin Mövlud oğluna məxsus “Pub” kafesi;
8. Bakı şəhəri, Xətai rayonu, Rüstəmov küçəsi 4/6 ünvanında yerləşən, fiziki şəxs Cumayev Mübariz Zaməddin oğluna məxsus kafe;
9. Bakı şəhəri, Xətai rayonu, M. Rüstəmov küçəsi, ev 12M ünvanında yerləşən, fiziki şəxs Vəliyeva Mehriban Rüstəm qızına məxsus kafe;
10. Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 73 ünvanında yerləşən, fiziki şəxs Allahverdiyeva Səminə Əslan qızına məxsus kafe;
11. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ev 216 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Rauf Mahmud oğluna məxsus “Buta" kafesi;
12. Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ev 20 ünvanında yerləşən, fiziki şəxs İlyas Novruzov Alabaz oğluna məxsus “Sevinc” restoranı;
13. Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən, fiziki şəxs Mehtiyev Rəşad Razim oğluna məxsus kafe;
14. Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” ünvanında yerləşən, fiziki şəxs Əhmədov İntizar Hüseyn oğluna məxsus "Pizzaland" kafesi;
15. Bakı şəhəri, Nərimanov rayonu, Bünyadov 62 ünvanında yerləşən, fiziki şəxs Mikayılov Mahir Həzi oğluna məxsus “Azalea” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;
16. Bərdə şəhəri, Heydər Əliyev prospekti 169 ünvanında yerləşən, fiziki şəxs Hüseynli İlahəddin Namiq oğluna məxsus “Prins” kafesi;
17. Göygöl rayonu, Ağsu kəndində, yerləşən, fiziki şəxs Quliyev Yasim Gürzal oğluna məxsus restoran;
18. İsmayıllı rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Əkbərov Əkrəm Allahı oğluna məxsus çayxana;
19. Şirvan şəhəri, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Quliyev Raqif Əlifağa oğluna məxsus dönərxana;
20. Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, fiziki şəxs Alıyev Elşən Nadir oğluna məxsus çayxana.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
-
Nida Xəbər 19:20
Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE
-
Magazin218:50
Kianu Rivz peşəkar yarış sürücüsü oldu - FOTO
-
Nida Xəbər 18:30
Prezidentdən Namiq İslamzadə ilə bağlı SƏRƏNCAM
-
Sosial17:17
Sabahdan leysan yağacaq, çaylardan sel keçəcək
-
Nida Xəbər 16:14
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüş keçirəcək
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı
-
Kriminal14:58
Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
-
Region13:16
Bayramov və Mirzoyan arasında xüsusi görüş olacaq? - Moskvada İCLAS BAŞLAYIR