Reza Deqatidən Ramazan paylaşımı – FOTO
Bizi izləyin

Sosial

Reza Deqatidən Ramazan paylaşımı – FOTO

Dünyaca məşhur Azərbaycan əsilli fotoqraf Reza Deqati Ramazan ayı ilə bağlı paylaşım edib.

Publika.az xəbər verir ki, o, özünün “Facebook” səhifəsində 8 il öncə Qəbələnin Nic kəndində xristian udinlər tərəfindən kəndin müsəlman əhalisi üçün açılan iftar süfrəsi zamanı çəkilən fotonu paylaşaraq, Azərbaycanın multikultural ənənələrini bir daha önə çəkib.

“Bütün oruc tutanlara gözəl Ramazan arzulayıram.

Azərbaycan, Qəbələ şəhəri, Nic kəndi, Müqədddəs Yelisey adına Cotari kilsəsi, 3 avqust 2013-cü il.

Alban-Udin kilsəsinin yenidəqurma və bərpasının 10 illiyi, həmçinin Qafqaz Albaniyasında xristianlığın 1700 illiyinə həsr olunmuş bayram tədbirindən sonra Udin xalq kilsəsi Nic kəndinin bütün müsəlmanları üçün iftar süfrəsi açdı. Hacı Yusif süfrə başındakı dua mərasiminə başçılıq etdi. Udinlərin böyük əhəmiyyəti var, çünki onlar Qafqazın ilk xristianlarından olublar”, - deyə Deqati qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm