Polislər şəhid ailələrini və qaziləri ziyarət etdilər - FOTO
Bizi izləyin

Sosial

Polislər şəhid ailələrini və qaziləri ziyarət etdilər - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları Ramazan bayramı ilə əlaqədar torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, şəhid ailələri və qazilərlə görüşdə qəhrəmanlarımızın igidlik salnamələrindən danışılıb, onların hünərinin qəlbimizdə əbədi yaşayacağı vurğulanıb. Aztəminatlı ailələrin də evində qonaq olan polislər onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Ümumilikdə şəhər ərazisində 30 ailə ziyarət olunub və gətirilən bayram sovqatları onlara təqdim edilib.

Zaqatala Rayon Polis Şöbəsinin də əməkdaşları bayram münasibətilə şəhidlərimizin və aztəminatlı vətəndaşlarımızın evlərində qonaq olublar. Görüşlər zamanı onların qayğıları ilə maraqlanılıb, söhbətlər aparılıb. Ailələrə bayram sovqatları təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm