Sosial
Qubada Vətən Müharibəsi şəhidinin adına bulaq istifadəyə verildi - FOTO
Qubada Vətən müharibəsi şəhidinin adı əbədiləşdirilib.
Rayonun Alekseyevka kəndində şəhidin adı əbədiləşdirilirək adına bulaq açılışı olub.
Vətən müharibəsi şəhidi, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunan Ülvü Məmmədovun xatirə bulağının açılışı tədbirində iştirak edən şəhidin ailə üzvləri, babası Ağamirzə Məmmədov, əmisi, Azərbaycan İdman Jurnalistləri Federasiyasının İdarə Heyətinin üzvü və "Report" İnformasiya Agentliyinin redaktoru Elşən Məmmədov, habelə digər yaxınları, Quba rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Asəf Şirinov, "Futbol Veteranları İttifaqı"nın sədri Oqtay Abdullayev, veteran futbolçular: - Maşallah Əhmədov, Novruz Əzimov, Əfqan Talıbov, "Ülvü Məmmədovun xatirəsinə" onlayn şahmat üzrə Beynəlxalq Zəfər Kubokunun qalibi Kənan Qarayev, turnirin təşkilatçılarından olan Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi və “İdea” şahmat klubunun direktoru Fidan Talıbova, Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin şagirdləri və kənd sakinləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ü.Məmmədovun və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin ruh bir dəqiqəlik sükutla yad edilib.
Şəhidin əmisi, Azərbaycan İdman Jurnalistləri Federasiyasının İdarə Heyətinin üzvü və "Report" İnformasiya Agentliyinin redaktoru Elşən Məmmədov tədbiri giriş sözü ilə açaraq Ülvü Məmmədovun həyatı və döyüş yolu barədə danışıb.
Quba rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri A.Şirinov, Beynəlxalq Zəfər Kubokunun qalibi K.Qarayev, Quba rayon Gənclər və İdman İdarəsinin rəisi M.Nöhbalayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi və “İdea” şahmat klubunun direktoru F.Talıbova, "Futbol Veteranları İttifaqı"nın sədri O.Abdullayev, veteran futbolçular – M.Əhmədov, N.Əzimov və Ə.Talıbov çıxışlarında şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq belə tədbirlərin keçirilməsini təqdirəlayiq hesab edərək, bunun gəncliyimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını qeyd ediblər.
Tədbirin sonunda şəhidin qardaşı Fərid Məmmədov bulağın açılışını edib.
Daha sonra Alekseyevka kənd tam orta məktəbinin şagirdləri şeirlər səsləndiriblər.
Futbol veteranları şəhidin təhsil aldığı Alekseyevka kənd orta məktəbinə gedərək, idman zalında şagirdlər arasında keçirilən mini-futbol üzrə oyunu izləyiblər.
Futbol veteranları fərqlənən futbolçulara və məktəb rəhbərliyinə toplar hədiyyə edirlər.
Qeyd edək ki, əslən Quba rayonunun Alekseyevka kəndindən olan Ülvü Məmmədov Vətən müharibəsindən bir həftə öncə təlimlərə qoşulub. O, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Ü.Məmmədov bir sıra ağır əməliyyatlarda şəxsi şücaəti, qəhrəmanlığı ilə seçilib. O, oktyabrın 21-də Xocavənd rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. Ü.Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.
Allah rəhmət etsin!
-
Dünya07:55
6,2 bal gücündə zəlzələ bu ölkəni silkələdi
-
Magazin207:15
Cud Lou “Şöhrət Xiyabanı”nda - Fotolar
-
İKT05:45
DİQQƏT! Şarj kabelləri vasitəsilə bank məlumatlarınızı oğurlaya bilərlər
-
Sosial03:19
Bakıda daha bir ərazidə evlər SÖKÜLƏCƏK - VİDEO
-
Sosial01:50
Əsgərliklə bağlı 4 vacib dəyişiklik - Tam siyahı
-
Yaxın Şərq01:25
Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətə başlayır
-
Qoroskop00:25
Günün qoroskopu: maraqlı tanışlıqlar və qeyri-adi təsadüflər ehtimal olunur
-
İKT13 Dekabr 22:26
Rusiyada bu messencer bloklandı