Toylara bu şərtlə İCAZƏ VERİLSİN - Qənirə Paşayevadan MÜHÜM TƏKLİF
Bizi izləyin

Sosial

Toylara bu şərtlə İCAZƏ VERİLSİN - Qənirə Paşayevadan MÜHÜM TƏKLİF

Hökumət üzvlərinin burada olmasından istifadə edərək insanların bir neçə xahişini çatdırmaq istəyirəm. COVID-19 virusu ilə mübarizədə ölkəmiz önəmli addımlar atdı, ziyalılar, deputat həmkarlarım bunun təbliğində önəmli rol oynadılar. Amma artıq karantinlə bağlı müəyyən yumşalmalar oldu. Metro, ticarət mərkəzləri açıldı. Bu, teatrlara da şamil olunmalıdır. Bu, sənət adamlarının və teatrsevənlərin xahişidir”.

Publika.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Komitə sədri əlavə edib ki, açıq havada insanların toy məclislərinin keçirilməsinə də icazə verilməlidir: “Artıq 1 il yarımdır ki, insanlar toy edə bilmirlər. Amma müəyyən şərtlərlə, COVID pasportundan istifadə etməklə açıq havada toylara icazə verilə bilər. Bu, insanlarla yanaşı, həm də böyük bir sektorun xahişidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm