Sosial
Bu rayonlarda minlərlə abonentin qaz təchizatı yaxşılaşdırılır - FOTO
Abonentlərin təbii qazdan rahat və daha əlçatan şəkildə istifadə etməsi “Azəriqaz” İstehsalat Birliyinin əsas prioritet hədəflərindən biridir. Bu məqsədlə Birlik tərəfindən 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərovun Publika.az-a verdiyi məlumata görə, Tovuz rayonunun Əlibəyli və Yuxarı Öysüzlü kəndlərini mavi yanacaqla təmin edən istismar müddəti başa çatmış polad boru ilə çəkilmiş qaz xətti 3 200 metr uzunluğunda polietilen boru ilə əvəzlənir. Görülən işlər çərçivəsində sərhəd bölgəsində yaşayan 2700 abonentin qaz təchizatı xeyli yaxşılaşacaq.
Gəncə şəhərində Birliyin Təmir-Tikinti İdarəsi tərəfindən pərakəndə şəkildə çəkilən qaz xətləri diametri 225 mm olan vahid polietilen boru ilə çəkilən qaz xətti ilə əvəzlənir. 2300 metr uzunluğunda yeni qaz xətti hazır olduqdan sonra təkcə Gəncə şəhəri deyil, Göygöl rayonunun da bir hissəsindəki 3500-ə qədər abonent mavi yanacaqdan dayanıqlı şəkildə istifadə edə biləcək.
-
İKT04:44
Durov "Telegram"dakı növbəti yenilikləri ELAN ETDİ
-
Magazin203:23
Bir reklam postunu 1 milyona paylaşır - FOTO
-
Yaxın Şərq02:22
İsrail Livanın cənubunda əsas su təchizatını VURDU
-
Sosial01:21
Kriminal avtoriteti təhqir edən tiktokerin əyninə "gəlinlik" geyindirdilər
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Sosial8 Oktyabr 23:48
Azərbaycanda yüksək vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
-
ABŞ8 Oktyabr 22:50
Polisi evə gətirən "yaxşı qız" 84 yaşlı sahibinin həyatını XİLAS ETDİ
-
Hadisə8 Oktyabr 22:12
Bakıda xəstəxana yaxınlığında baş verən yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ