Sosial
Mülki müdafiə işinə dair təlim-metodiki toplantı keçirildi - FOTO
FHN-in Qarabağ Regional Mərkəzində Nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Mərkəzin Mülki müdafiə idarəsinin, həmin idarənin aidiyyəti şöbələrinin, eləcə də rayon icra hakimiyyətlərinin mülki müdafiə üzrə vəzifələrin icrası həvalə edilmiş əməkdaşları ilə təlim-metodiki toplantı keçirilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, toplantıda FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən regional mərkəzlərə göndərilmiş nümunəvi plan əsasında şəhər və rayonların mülki müdafiə planlarının yenilənməsi və yerlərdə mülki müdafiə işinin təşkili ilə bağlı metodiki köməklik göstərilib, mövzu ətrafında suallar cavablandırılıb.
Qeyd edək ki, FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən şəhər və rayonların mülki müdafiə planlarının yenilənməsi ilə əlaqədar olaraq bundan əvvəl Bakı, Gəncə, Şimal-qərb və Cənub Regional mərkəzlərində yerli icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə toplantılar keçirilib. Tədbirlərin digər regional mərkəzlərdə də davam etdirilməsi nəzərdə tutulub.
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO