Açıq havada maska taxmaq məcburi olacaq? - DİN-dən AÇIQLAMA
Bizi izləyin

Sosial

Açıq havada maska taxmaq məcburi olacaq? - DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) növbəti həftələrdə açıq havada maskanın məcburi olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Publika.az-a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Hələlik Nazirlər Kabineti yanında Operativ Qərargahın belə bir qərarı yoxdur. Buna görə də bu məlumatlar həqiqəti əks etdirmir".

Qeyd edək ki, bəzi kiv-lərdə növbəti həftələrdən açıq havada maskanın məcburi olması ilə bağlı məlumatlar yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm