Sosial
Məktəbi döyüş meydanına dəyişən şəhid müəllim - FOTO
Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələnlər sırasında müəllimlər də oldu. Məktəbi döyüş meydanına dəyişərək şəhid olan vətənpərvər müəllimlərimizdən biri də Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbin fiziki tərbiyə müəllimi Vəliyev Vüqar Emin oğludur.
Publika.az xəbər verir ki, Ağdam rayon Qaradağlı kənd mədəniyyət evində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Vəliyev Vüqar Emin oğlunun anım tədbiri keçirilib. Şəhid ailələrinin üzvlərinin, mədəniyyət və təhsil işçilərinin, məktəblilərin və ictimaiyyət nümayəndələri iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qaradağlı kənd mədəniyyət evinin müdiri Zənurə Mirzəyeva, Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşı Farid Muradov, kənd icra nümayəndəsi Mehman Məmmədov və başqaları tədbirdə çıxış edərək, 44 günlük Vətən müharibəsindən, Azərbaycan ordusunun qazandığı şanlı qələbədən, əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Şəhidlərimizin şərəfli ömür yolunun gələcək nəsillər üçün hər zaman örnək olacağı bildirilib, şəhid Vüqar Vəliyevin həyat və döyüş yolundan, döyüşlərdə göstərdiyi şücaətdən, Vətən sevgisindən geniş söhbət açılıb.
Məlumat verilib ki, Vüqar Vəliyev Ağdam rayonunun Rzalar kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan Vüqar 2017-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra 2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsində uğur əldə edərək pedaqoji fəaliyyətə başlayıb. Cəmi bir il müəllimlik edən Vüqar Vətən müharibəsi başlayanda məktəbi döyüş meydanına dəyişib. Strateji yüksəkliklərin azad olunmasında rəşadətlə döyüşüb. Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Vüqar Vəliyev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin anası Gülzadə Vəliyeva tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə razılığını ifadə edib.
Tədbirdə şagirdlər Vətənə, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib




























.jpg)
.jpg)




