Sosial
Zəfər bayramı İsveçdə qeyd olundu - FOTO
Oktyabrın 31-də İsveç Krallığının ikinci böyük şəhəri olan Yöteborq şəhərində İsveç Azərbaycanlılarının Koordinasiya Şurası və Azərbaycan Qarabağ Azadlıq Mərkəzi dərnəyinin təşkilatçılığı ilə 8 Noyabr Zəfər bayramına həsr edilmiş tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbir dövlət himinin səsləndirilməsi ilə başlayıb və ardınca şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü,Yönköpinq regionunun millət vəkili İradə Əliyevə və Azərbaycan Qarabağ Azadlıq Mərkəzinin rəhbəri Ülviyyə Nəcəf 44 günlük Zəfər yolu haqqında qonaqlara qısa məlumat verərək, Müzəffər Ali Baş komandanın qətiyyəti və qəhraman vətən övladlarının şücaəti və qəhrəmanlığı sayəsində əldə edilmiş bu tarixi qələbənin müstəqil Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını qeyd ediblər.
Vətən müharibəsi və ondan sonrakı dövrlərdə dünyanın müxtəlif ölkələrində elecə də İsveçdə yaşayan azərbaycanlıların həmrəylik nümayiş etdirərək tarixi gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması istiqamətdən fəal iş apardıqları xüsusi olaraq vurğulanıb.
Tədbirdə rəsmi qonaq qismində iştirak edən Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.
Tədbir əbədi-bədii kompazisiya ilə davam etdirilib.
-
Dünya08:24
Çin Tayvana görə ABŞ-dan belə QİSAS ALDI
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər