Sosial
Bu gündən başladı
Bu gündən etibarən Bakı şəhərində və ölkənin digər ərazilərində yaşayış binaları, sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsinə başlanılıb.
Bunu “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.
Onun sözlərinə görə, gün ərzində qoşulmalar tamamlanacaq.
xxx
Bu gün Bakıda və ölkənin digər bölgələrində istilik mövsümü başlayır.
Publika.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, hər il noyabrın 15-dən Bakıda və digər ərazilərdə (dağlıq və dağətəyi rayonlar istisna olmaqla) istilik verilir.
Xatırladaq ki, dağlıq və dağətəyi rayonlarda isə istilik mövsümü noyabrın 1-də başlayıb.
Qeyd edək ki, istilik mövsümünə respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən start verilib. 2021-2022-ci illər payız-qış mövsümü ərzində Cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3 871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1 980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)

























