Sosial
Bu gün 5 cəzaçəkmə müəssisəsində amnistiya aktı icra olunur - FOTO
Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsindən amnistiya şamil edilən 6 nəfər azad edilib.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib ki, müəssisədən bu gün ümumilikdə 7 nəfər məhkuma amnistiya aktı tətbiq olunub: "Onlardan biri narkomaniyadan müalicəyə göndərilib. Müalicəsi başa çatdıqdan sonra həmin şəxs də azad olunacaq".
xxx
Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsindən amnistiya şamil edilən 7 nəfər azad edilib.
Bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.
O bildirib ki, həmin şəxslərə amnistiya aktı tətbiq edilib və cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.
Cəzaçəkmə müəssisəsindən amnistiya aktının icrası zamanı azadlığa buraxılan Tahir Muxtarov qeyd edib ki, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib: "Cəzamın 2 il 6 ayını başa vurmuşam. İndi azadlığa buraxılmışam. Bu amnistiya aktının qəbul edilməsinə, mənə də şamil olunmasına çox sevindim. Bu gün mən azadlığıma qovuşuram. Bu, mənim üçün çox sevindiricidir. Allah şəhidlərimizə də rəhmət eləsin!"
xxx
Bu gün 1 saylı cəzaçəkmə müəssisəsindən 9 məhkum azadlığa buraxılılıb. Məhkumlar amnistiya aktının tətbiq edilməsini alıqışlayıblar.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova bildirib ki, 1 saylı cəzaçəkmə müəssisəsindən 19 məhkum gün ərzində azadlığa buraxılacaq: "Onlardan 9 məhkumun sənədi artıq hazırdır və azadlığa buraxılır. Digər məhkumların isə sənədləri gün ərzində hazırlanacaq və onlar da azadlığa buraxılacaq".
xxx
Vətən müharibəsində qazandığımız tarixi qələbənin - Zəfər Gününün birinci ildönümü ərəfəsində Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən "8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarın bu gün cəzaçəkmə müəssisəsində icrası həyata keçirilir.
Publika.az xəbər verir ki, amnistiya aktı bu gün ümumilikdə 5 cəzaçəkmə müəssisəsində həyata keçiriləcək.
Qeyd edək ki, bu dəfə qəbul edilmiş amnistiya aktı genişmiqyaslı olmaqla tətbiqi dairəsi böyükdür və həm istintaq mərhələsində, həm də məhkəmədə olan işlərə şamil olunur. Akta əsasən, amnistiya ilk dəfə ağır cinayət törədilməsinə görə verilmiş cəza müddətinin çəkilməmiş hissəsi 6 ayadək olan şəxslərə də şamil olunacaq.
Zəfər Günü münasibətilə hazırlanmış amnistiya aktı barəsində tətbiq olunması nəzərdə tutulan şəxslərin sayına, cinayətlərin və cəzaların əhatə dairəsinə görə Azərbaycan tarixinin ən böyük amnistiyası olacaq. Amnistiya aktının 15 min nəfərdən çox insana, o cümlədən 70-dək qadına və yeniyetməyə şamil olunması gözlənilir.
Amnistiya aktının icrası aidiyyəti orqanlar tərəfindən 4 aya başa çatdırılacaq. Amnistiya aktı ilə azadlığa buraxılacaq məhkumların cəmiyyətə adaptasiyası ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər də görüləcək. Həmin şəxslər reabilitasiya və adaptasiya prosesi çərçivəsində müvafiq qurumlara müraciət edərək zəruri yardımlar ala biləcəklər.
Ümumiyyətlə, müstəqillik dövründə qəbul edilən 12 amnistiya aktı 100 mindən artıq şəxsə şamil olunub. 2007, 2009, 2013 və 2016-cı illərdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 4 amnistiya aktı qəbul olunub ki, bu da 40 mindən artıq insana şamil edilib.
Hacı Zeynalov
Foto: Ceyhun Rəhimov
-
Magazin221:12
Məşhur türk müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək