Sosial
Bədənindəki şiddət izlərini çəkibmiş... Ginekoloqun ölümü ilə bağlı YENİ DETALLAR - VİDEO
Yaşadığı binadan yıxılaraq həyatını itirən tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin ölümü ilə bağlı yeni detallar üzə çıxıb.
Publika.az xəbər verir ki, Xalidə Kəngərlinin ölümündən əvvəl döyülməsi ilə bağlı bədənində müxtəlif işgəncə izləri ilə əlaqədar fotolar olub.
Yaxınları tərəfindən həmin fotolar istintaqa təqdim edilib, araşdırılması istənilib.
Ölüm hadisəsi baş verəndən sonra olayla bağlı mediada və sosial şəbəkələrdə yayılan bəzi məlumatlarda Xalidə Kəngərlinin ölümündən əvvəl əri Rüfət Kəngərli tərəfindən şiddətə məruz qaldığı iddia edilib.
Xalidə Kəngərli əri tərəfindən döyülməsi ilə bağlı bədənində olan şiddət izlərini çəkib və yaxınlarına göndərib.
Mərhum həkimin bu fotoları çəkməsinə səbəb onun ərindən boşanmaq istəməsi olub. O, bu fotoları boşanma iddiası ilə bağlı keçiriləcək məhkəmədə istifadə etmək istəyib.
Qeyd edək ki, iyunun 27-də saat 17 radələrində 1984-cü il təvəllüdlü Xalidə Kəngərli paytaxtın Yasamal rayonu ərazisində yerləşən binanın 10-cu mərtəbəsində yaşadığı mənzilin eyvanından düşərək ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
(Bizim.Media)
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO