Sosial
Beynəlxalq Media Forumunda birinci panel keçirildi - FOTO
İşğaldan azad olunmuş Şuşa şəhərində baş tutan Beynəlxalq Media Forumunda "Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar" adlı birinci panel keçirilib.
Publika.az xəbər verir ki, müzakirə olunan əsas mövzular ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada "fake news" ilə mübarizə olub.
Emin Musəvinin moderatorluğu altında keçirilən birinci paneldə çıxış edənlər TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Bolqarıstanın "BTA" İnformasiya Agentliyinin İnformasiya Siyasəti üzrə baş direktorun müavini Evgenia Doitcheva, "Əl-Cəzirə" Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim, "Haqqin.az" analitik veb-saytının rəhbəri Eynulla Fətullayev və başqaları olub.
xxx
10:34
Beynəlxalq Media Forumu öz işinə başlayıb.
xxx
08:24
Beynəlxalq Media Forumda iştirak məqsədilə Azərbaycana gələn nümayəndə heyətinin işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri başlayıb.
Publika.az xəbər verir ki, 20-dək ölkədən olan xarici media nümayəndələri və ekspertlərdən ibarət heyəti daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.
Beynəlxalq Media Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın da media nümayəndələri, ekspertləri və rəsmiləri var.
Qeyd edək ki, Beynəlxalq Media Forumu Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilir.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ







.jpg)



























