Sosial
DGK-nin zabiti və tələbənin qəzada ölməsi ilə bağlı cinayət işi başlanıldı
Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin zabiti və Dövlət Gömrük Akademiyasının tələbəsinin yol qəzasında ölümü ilə bağlı cinayət işi başlanılıb.
Publika.az xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 14:30 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa-Zabrat yolu ilə hərəkətdə olarkən "Azərterminalkompleks" Birliyinin qarşısında qeydə alınıb.
Belə ki, Eyvazov Firdovsi Əliş oğlunun idarə etdiyi "KamAZ" markalı avtomobil piyada Əzizli Elvin Şahin oğlunu və Birliyinin Analitik Şöbəsində inspektor vəzifəsində işləyən, gömrük xidməti kiçik leytenantı Rəsulova Sevgi Arzu qızını vurub. Nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsində 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
-
ABŞ09:00
Mask pilotsuz robotaksini TƏQDİM ETDİ: Bu qiymətə olacaq - VİDEO
-
Magazin108:12
Xoşqədəm Almaniyada belə dincəlir - FOTO
-
Magazin105:15
Elşənin verilişindən ilk görüntülər - VİDEO
-
Səhiyyə04:44
Stomatoloji poliklinikadan görün nə oğurladılar - ANBAAN GÖRÜNTÜLƏR
-
Avropa03:13
Daha iki ölkə arasında VƏZİYYƏT GƏRGİNLƏŞDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Emosiyalarınızı idarə etmək çətinləşəcək
-
Sosial10 Oktyabr 23:48
Ali məktəbi yüksək nəticə ilə bitirən gənc QƏFİL ÖLDÜ
-
ABŞ10 Oktyabr 23:24
Məşhur ailənin ən yaşlı üzvü VƏFAT ETDİ - FOTO