Şəhid Anar Kazımovun anası bu gün dəfn ediləcək - YENİLƏNDİ
Bizi izləyin

Sosial

Şəhid Anar Kazımovun anası bu gün dəfn ediləcək - YENİLƏNDİ

Şəhid Anar Kazımovun anası Səyyarə Kazımova bu gün Qaracəmirli kəndində dəfn olunacaq.

Bu barədə Publika.az-a Şəmkir rayonunun adıçəkilən kəndinin sakinləri məlumat veriblər.

Verilən məlumata görə, dəfn mərasimi bu gün günorta saatlarında olacaq.

Tural Turan

xxx

25.09.22 - 21:00

Avqustun 4-də Qarabağdakı erməni separatçılarının açdığı atəş nəticəsində şəhid olan Anar Kazımovun anası Səyyarə Kazımova bir qədər əvvəl dünyasını dəyişib.

Bu barədə Publika.az-a kənd sakinləri xəbər veriblər.

Şəhid anasının ötən gün halının pisləşdiyi, xəstəxanaya aparıldığı bildirilir.

Səyyarə Kazımovanın bir qədər əvvəl Şəmkir rayonunun Qaracəmirli kəndində dünyasını dəyişdiyi vurğulanır.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm