Deputat: "Ərzaq məhsullarına ƏDV aşağı salınsın"
Bizi izləyin

Sosial

Deputat: "Ərzaq məhsullarına ƏDV aşağı salınsın"

“Ərzaq məhsullarının qiyməti durmadan artır. Pandemiya, Rusiya-Ukrayna müharibəsi və s hallar bunu göstərir. Dünyada bahalaşma böhranlara səbəb olur. Azərbaycan dünyanın bir parçasıdır. Baxmayaraq ki, hökumətimiz, cənab prezidentin tapşırığı ilə addımlar atılır, ərzaq qiymətlərində artım olmaması üçün işlər görülür. Düşünürəm ki, bəzi tədbirlər həyata keçirsək, çətinlikləri sığortalaya bilərik”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Fəzail Ağamalı bildirib.

O qeyd edib ki, pərakəndə satışlarda ərzaq məhsullarına 18 ƏDV tətbiq edilir: “Düşünürəm ki, qiymət artımının müşahidə edildiyi bir ərəfədə bu faizin endirilməsi əsaslı olardı. Mətbuatda bu barədə müzakirələr gedir, müxtəlif variantlar ola bilər. Mən də öz təkliflərimi səsləndirmişəm. Hesab edirəm ki, pərakəndə satış mərkəzlərində ərzaq məhsullarına tətbiq edilən 18 ƏDV çoxdur və aşağı salmaq olar. Müxtəlif variantlar tətbiq edilə bilər. Məsələn, 2, 3 və ya 4 faiz”.

Deputat əlavə edib ki, kənd təsərrüfatı məhsullarına da diqqət etmək olar: “Ölkəmizdə istehsal olunan qida məhsullarına tətbiq edilən rüsumun miqdarını azaltmaq, istehsal olunmayan və xaricdən gətirilən qida məhsullarına isə tətbiq edilən 18 faiz ƏDV-ni azaltmaq olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm