Sosial
DTX və İqtisadiyyat Nazirliyinə yeni səlahiyyətlər verildi

Beynəlxalq hüquqla dövlətlərin sərhədlərinin tanındığı bir dövrdə dövlətlərarası mübarizə xeyli dərəcədə “kəşfiyyat-pozuculuq səngərləri”ndə baş verir.
Ötən müddət ərzində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində qonşu dövlətlərin xeyrinə casusluq edən şəxslər və onların əməlləri, xarici havadarların himayəsində fəaliyyət göstərən təşkilatlar barədə məlumatlar tez-tez gündəm olub.
Bəs qeyd olunan Azərbaycan vətəndaşları xaricdən necə maliyyələşdirilir?
Publika.az Report-a istinadla xəbər verir ki, hazırda xaricdən pul vəsaitlərinin dövlət nəzarətindən gizli əldə edilməsinin xeyli dərəcədə qanunsuz pul köçürmələri yolu ilə təşkil edildiyi məlumdur. Kölgə iqtisadiyyatının mövcudluğu şəraitində xarici xüsusi xidmət orqanları üçün belə şəxslərə pul çatdırılması xeyli asanlaşır.
Təsadüfi deyil ki, müasir dövlətlərdə “kölgə iqtisadiyyatı”na, eyni zamanda iqtisadi və milli təhlükəsizliyə təhdid olan mexanizmlərə qarşı sərt mübarizə metodları vardır.
Ötən illərdə bir çox ölkələrdə terrorçu birləşmələrin, kriminal təbiətli siyasi radikal dairələrin, dini ekstremistlərin və casusların məhz heç yerdə dövlət qeydiyyatı və nəzarəti olmayan “həvalə” adı ilə tanınan və digər analoji pul çatdırma şəbəkələrinin imkanlarından istifadə edilərək maliyyələşdirilməsi müəyyən edilib. Müxtəlif səs-küylü işlər aparılıb. Vurğulanan məsələlərlə bağlı bir çox dövlətlər daxili və ölkələrarası hüquqi mübarizə mexanizmləri yaradıb.
Heç kimə sirr deyil ki, korrupsiya cinayət əməllərinə qurşanmış şəxslər də qanunsuz pul köçürmələri üsullarından istifadə edərək cinayət yolu ilə əldə etdikləri külli miqdarda vəsaitləri ölkədən çıxarmışlar.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 06 dekabr 2022-ci ildə qüvvəyə minən Qanunla Məcəlləyə “Qanunsuz pul köçürmələrinə görə” cinayət məsuliyyəti nəzərdə tutan 206-1-ci maddə əlavə edildi, Azərbaycan Respublikası Prezidentinin həmin tarixli Fərmanı ilə belə cinayət əməllərinə görə cinayət işləri üzrə istintaqın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılacağı müəyyən edildi.
Göründüyü kimi, Azərbaycanda qeyd olunan istiqamətdə, o cümlədən ümumilikdə “kölgə iqtisadiyyatı”nın bütün zərərli təzahürlərinə qarşı xüsusi islahatlar, sərt mübarizə tədbirləri həyata keçiriləcəkdir.

-
Qoroskop00:15
Günün ULDUZ FALI: məkrli planın qurbanı ola bilərsiniz
-
Art5 Fevral 23:31
Zeynəb Dostəliyeva VƏFAT ETDİ
-
Art5 Fevral 22:20
Xalq rəssamı Fərhad Xəlilovun oğlu VƏFAT ETDİ
-
Kriminal5 Fevral 22:13
Şəmkirdə toy QANA BOYANDI
-
Magazin25 Fevral 21:13
Ombasına silikon qoydurdu - FOTO
-
Kriminal5 Fevral 20:31
Gədəbəydə DƏHŞƏT: ata iki oğlunu bıçaqladı
-
Magazin25 Fevral 19:31
Evli qadınlar arasında ən gözəli o oldu - FOTO
-
Magazin15 Fevral 18:48
Pərvin Abıyevadan yarıçılpaq FOTOLAR