Azərbaycanda 1500-dən çox vəzifəli şəxs buna görə CƏRİMƏLƏNDİ
Bizi izləyin

Sosial

Azərbaycanda 1500-dən çox vəzifəli şəxs buna görə CƏRİMƏLƏNDİ

Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 1521 nəfər vəzifəli şəxs və vətəndaşlardan 1 milyon 859 min manat məbləğində cərimə tutulub.

Bu barədə Publika.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2022-ci ildə 1471 müəssisədə müvafiq müayinələr aparılıb və nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 34,9 faizində, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 44,3 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunmuş müəssisələrin 42,4 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.

Qeyd edək ki, əvvəlki illə müqayisədə həm cərimə olunan şəxslərin, həm də cərimənin məbləği artıb. Belə ki, 2021-ci ildə təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş 1408 nəfər vəzifəli şəxs və vətəndaşdan 1 milyon 671 min manat məbləğində cərimə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm