Sosial
Bu kateqoriyadan olan şəxslərə ictimai nəqliyyatda güzəşt ediləcək - Tapşırıq verildi
10:18
Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixli iclasında metro və sərnişindaşımada gediş haqlarının artırılması ilə bağlı qərar qəbul edilib.
Artıq fevralın 3-dən Azərbaycanda ictimai nəqliyyatda gedişhaqqı 40 qəpik olub. Bu qərardan sonra müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlərin olub-olmayacağı müzakirə mövzusuna çevrilib. Dünyanın əksər ölkələrində belə güzəştlər mövcuddur. Azərbaycanda da əvvəllər bu ənənə olub.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən iqtisadçı ekspert Elçin Süleymanov bildirib ki, artıq bununla bağlı tapşırıq verilib:

“Gediş haqqının artırılmasından sonra qərarın iqtisadi cəhətdən təsir göstərəcəyi təbəqələr üçün fərqli tariflər əsasında gediş sistemi mexanizmi qurulması üçün tapşırıq verilib. Düşünürəm ki, güzəştləri tətbiq etmək və bunu formalaşdırmaq qısa zamanda mümkündür, çünki avtobuslar kart sisteminə keçib”.
O, qeyd edib ki, bütün dünyada güzəştli kateqoriya daha çox tələbələri, təqaüdçüləri, eyni zamanda fiziki imkanları məhdud olan insanları, müharibə veteranlarını və s. statusa malik olanları əhatə edir.
“Bununla bağlı verilən tapşırığın yaxın zamanda həyata keçirələcəyinə ümid edirəm”, - deyə E.Süleymanov vurğulayıb.
Ayşən Rəhim
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Güllə yarası alan reper öldü - İntihar edib?
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi




































