Sosial
Metropoliten rəhbərliyi sərnişinləri yalançı çıxardı: Ola bilməz
Metronun xidmətindən yararlanan sərnişinlər redaksiyamıza müraciət edərək bildirirlər ki, son zamanlar “Avtovağzal ” və “Memar Əcəmi ” metro stansiyaları arasında qatarların hərəkət intervalında gecikmələr müşahidə olunur.
Belə ki, gecikmələr stansiyalararası nəzərdə tutulan hərəkət intervalı ilə kəskin şəkildə fərqlənir. Bəzən qatarların 10-12, hətta 15 dəqiqə intervalla gəlməsi insanların, xüsusilə səhər saatlarında işə gedənlərin, şagird və tələbələrin narazılığına səbəb olur. Onları belə bir sual düşündürür: qatarlar niyə gecikir?
Məsələni aydınlaşdırmaq üçün aidiyyəti qurumla əlaqə saxladıq. Lakin “Bakı metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən ənənəvi cavab aldıq.
“Bakı Metropoliteni”nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a bildirib ki, hərəkət intervalında kobud pozuntu olmayıb. Qurum rəsmisinin sözlərinə görə, dekabr ayı ərzində “Xocəsən” stansiyasından qatarlar hərəkətə başlayanda, qatarların giriş-çıxışı yoxlanıldığı üçün stansiyalararası interval 6-8 dəqiqə arası dəyişirdi, qatarlar daha tez-tez gəlib:
“Amma hazırda “Avtovağzal” və “ Memar Əcəmi” stansiyası arasında olan interval 8 dəqiqə nəzərdə tutulub və gecikmələr müşahidə olunmur”.
Ayşən Rəhim
-
Nida Xəbər 12:28Azərbaycanın AQEM-də sədrliyi daha iki il uzadıldı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
-
Maraq dünyası10:12Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya









.jpg)

.jpg)
















.jpg)









