Sosial
Rektordan Hacı Şahinlə bağlı AÇIQLAMA: "Ruhunun bundan şad olacağını düşünmürəm”
15:05
"Hacı Şahin ölkəmizin tanınmış din xadimərindən biri idi. Ölkəmizdə çox sayda insanın onun ölümündən kədərlənməsi Hacı Şahinin camaat arasındakı hörmətini göstərir. Onu tanıyan bir insan olaraq deyə bilərəm ki, təvazökar bir insan idi. Allahdan ona rəhmət, yaxınlarına səbir diləyirəm".
Publika.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitunun rektoru Aqil Şirinov deyib. Rektor bəzi insanların günlərlə onun məzarı ətrafında gecələməsinə də münasibət bildirib:
"Dinimizdə vəfat edəni hörmətlə yola salırıq. Dinimizə görə, bir möminin digər mömin qarşısında vəzifələrindən biri onun cənazəsində iştirak etməkdir. Əsas da cənazə namazında iştirak etmək lazımdır. Burada da ifratçılıqdan çəkinmək lazımdır. Vəfat edənə ehtiram əlaməti olaraq, qəbir ziyarətləri də mümkün qədər səssiz və dini qaydalara uyğun şəkildə həyata keçirilməlidir. Bəzi hədis mənbələrində qəbir ziyarətində “ixlas”, “qədr” və digər surələri oxumaq, həmçinin qadağa olmamaqla birlikdə gecə vaxtı qəbirləri ziyarət etməmək tövsiyə olunub. Məsələn, Qütbəddin Ravəndinin “Dəavat” adlı əsərində qeyd olunur ki, Peyğəmbərimiz (s) məşhur səhabə Əbu Zər əl-Qiffariyə qəbirləri gecə vaxtı ziyarət etməməsini tövsiyə edib".
A.Şirinov bəzi insanların Hacı Şahinin qəbrinin ziyarətgaha çevriliməsiylə bağlı səsləndirdiyi təkliflərə də münasibət bildirib:
"Hacı Şahini tanıyan bir insan olaraq deyə bilərəm ki, qəbrinin ziyarətgaha çevrilməsini özü də istəməzdi. Hətta yaxın dostları vurğulayır ki, sağkən “Mənə çox bağlanmayın” ifadəsini işlədirdi. O, təvazökar insan idi. Onun ruhunun bundan şad olacağını düşünmürəm. Bəlkə, yeni vəfat etdiyi üçün belə ideyalar irəli sürülür. Mərhumun ruhuna hörmət göstərmək və sağkən sevmədiyi əməlləri vəfat etdikdən sonra onun qəbri başında etməmək lazımdır. Dinimiz bütün məsələlərdə ifratçılıqdan uzaq durmağı buyurur".
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub







.jpg)



.jpg)
.jpg)





















.jpg)




