Sosial
Məşqçi 7 yaşlı uşağı niyə öldürüb? - Şok səbəblər
Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olan tanınmış idmançı Mehman Xəlilovun məşq zamanı uşaqlarla kobud rəfrtarını özündə əks etdirən görüntüləri yayılıb.
Müzakirələrə səbəb olan görüntülərdə məşqçi "müəllimin" uşağa qarşı etdiyi vəhşilik cəmiyyət üçün də vacib bir siqnal oldu.
Baş verən hadisə onu deməyə əsas verir ki, bu sahədə kifayət qədər ciddi boşluqlar var. İdman zalına gəlib hər sinəsini, qolunu şişirdən şəxs VÖEN açıb idman zalında uşaqlara “təlim” keçir. Məşqçi 2019-cu ildə Minskdə keçirilən İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medal qazanıb. O, həmçinin digər yerli və beynəlxalq yarşlarda da yüksək nəticələr göstərib. Demək ki, yaxşı idmançı olmaq pedaqoq olmaq demək deyil. Bir şəxsin uşaqlarla işləməsi üçün psixoloji vəziyyəti normal olmalıdır.
Bir idmançı hansı halda idman zalında azyaşlılara dərs keçə bilər? Burada əsas prioritet məsələ nədir? İdmançının pedaqoji təhsili olmalıdırmı?
Mövzu ilə bağlı Publika.az-a danışan ekspert Kamran Əsədov bildirib ki, baş verən hadisə bir neçə məsələni ortaya çıxartdı:
“Birincisi, orta təhsil məktəblərində keyfiyyətli tədrisin həyata keçirilməməsi, bu istiqamətdə ciddi problemlərin olmasıdır. İkinci məsələ isə təəssüflər olsun ki, bu gün ölkədə xidmət sektorunda ciddi problemlərin olmasıdır. Söhbət nədən gedir? İstənilən bir şəxs 3-4 dörd dənə stol qoyub, bir zal götürüb xidmət göstərə bilər. Amma həmin şəxsin bu xidməti göstərməyə hüquqi, psixoloji və fiziki baxımdan haqqının, hüququnun olub-olmaması heç bir halda yoxlanılmır. Yəni bu gün istənilən bir şəxs rəsmi qaydada qeydiyyatdan keçib fiziki və hüquqi şəxs kimi azyaşlılara yeniyetmələrə xidmət göstərə bilər. Amma onun xidmət göstərdiyi sahə üzrə nə qədər bilik və bacarığının olması, eyni zamanda onun xidmət göstərdiyi məkanda təhlükəsizlik qaydalarına nə qədər riayət olunması ilə bağlı bizim çox ciddi şübhələrimiz var. Çünki biz zaman-zaman görürük ki, hətta bağça xidməti göstərən yerlərdə uşaqlara qarşı fiziki zorakılıq halları baş verir. Hesab edirəm ki, ictimai iaşə xidmətlərinin göstərilməsi qaydalarında dəyişiklik edilməlidir. Azyaşlılara, ümumiyyətlə yeniyetmələrə xidmət göstərən idman zalları, hazırlıq kursları, repititor otaqlarının hamısı məcburi qaydada daim onlayn rejimdə işləyə biləcək kamera ilə təchiz olunmalıdır. Eyni zamanda ilkin tibbi yardımın göstərilməsi üçün avadanlıqlarla təchiz olunmalıdır”.
Ekspert qeyd edib ki, xidmət göstərən şəxslərin mütləq şəkildə həmin sahə üzrə minimum ali və orta ixtisas təhsilinə malik olması vacibdir:
“Biz görürük ki, hadisə baş verdikdə orada hər hansı bir ilkin tibbi yardım göstərilməsi üçün resurslar yoxdur. Bu səbəbdən, ictimai iaşə xidmətlərinin göstərilməsinin keyfiyyəti artırılmalıdır. Eyni zamanda digər imkanlara mütləq şəkildə baxmaq lazımdır və hesab edirəm ki, ən vacib məqamlardan biri xüsusilə azyaşlılarla işləyən şəxslərin psixoloji və fiziki müayinədən mütəmadi olaraq keçirilməsi ilə bağlıdır. Biz videoya baxanda görürük ki, bu insan orta məktəbdən normal şəxsiyyət kimi çıxsaydı, digər insana qarşı bu vəhşiliyi törətməzdi. Məktəbin ən vacib funksiyası şəxsiyyət yetişdirməkdir. Təhsil sektoru şəxsiyyət yetişdirməklə bağlı ciddi böhran yaşayır. Yəni bu gün Azərbaycan təhsili böhran içindədir. Məhz bunun nəticəsidir ki, bu, digər xidmət sektorlarına da öz təsirini göstərir".
K.Əsədovun sözlərinə görə, Təhsil haqqında Qanunun tələblərinə görə, orta təhsil məktəblərinin əsas funksiyası sağlam vətəndaş yetişdirməkdir:
"Tədrisdə həyata keçirilən fənnlər arasında idman fənni də var. Bu fənnin proqramına baxsanız, görərsiniz ki, orada azyaşlı uşaqların, yeniyetmələrin sağlam ruhda böyüməsi üçün idmanın bütün növləri öyrədilməlidir. Amma son 3 il ərzində Elm və Təhsil Nazirliyinin bu istiqamətdə fəaliyyəti, orta təhsil məktəblərində keyfiyyətli tədrisin təşkili çox aşağı səviyyəyə düşüb. Valideynlər orta təhsil məktəblərinin verməli olduğu bilikləri və bacarıqları kənar yerdə ödənişli əsaslarla öz vəsaitləri hesabına həyata keçirir. Nəticə yaxşı olduqda isə Təhsil Nazirliyi bunu öz üzərinə götürür”.
Ayşən Rəhim
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO