Sosial
Sahibsiz itlər sakinlərin həyatı üçün təhlükə yaradır - VİDEO

Şəmkirin Qaracəmirli kəndinin mərkəzi hissəsi sahibsiz küçə itləri ilə doludur.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, ilk baxışdan sağlam olmadıqları hiss olunan itlər ətrafdakılar üçün ciddi narahatlıq yaradır.
Bəzən yoldan keçənlərə hücum edərək təhlükə mənbəyinə çevrilirlər.
Sakinlərin əsas narahatlığı azyaşlılarla bağlıdır. Çünki məktəbə gedən yolun ətrafına toplaşan heyvanlar dəfələrlə şagirdlərə hücum ediblər. Şəhidlər üçün tikilən abidəyə gedən yol da eyni ərazidən keçir.
Məsələ ilə bağlı Qaracəmirli kənd bələdiyyəsindən bildirilib ki, yaxın vaxtlarda bununla bağlı müvafiq tədbir görüləcək.
Qeyd edək ki, sığınacaqların sayının yetərsiz olması ilə əlaqədar sahibsiz itlərin yaratdığı problem bir çox yaşayış məntəqələrində müşahidə olunur.
Daha ətraflı süjetdə:

-
Qarabağ 18:48
Qarabağdan çıxan erməni qadın Azərbaycanla bağlı nəyi ETİRAF EDİB? - VİDEO
-
Qarabağ 17:48
Tibbi yardıma ehtiyacı olan 23 nəfər Ermənistana aparıldı - VİDEO
-
Nida Xəbər 16:39
Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı - FOTO
-
Nida Xəbər 15:22
Baş həkimdən Qənirə Paşayeva haqda üzücü açıqlama - VİDEO
-
Nida Xəbər 14:07
“Laçın” buraxılış məntəqəsində gözləyən "yardım" karvanı Ermənistana qayıdır - VİDEO
-
Nida Xəbər 13:54
Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq
-
Nida Xəbər 13:46
Fazil Mustafa Qənirə Paşayaevanın komaya düşməsindən danışdı
-
Ekologiya13:09
Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ