Sosial
Hərbçilərimizlə NATO-nun nümayəndə heyəti araında görüş keçirildi

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Prosesi (ITPP/PARP) proqramları çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə NATO-nun bu proqram üzrə ekspertləri arasında ikitərəfli işçi görüşü keçirilib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov görüşdə qonaqları salamlayaraq Azərbaycan və NATO arasında əlaqələrin inkişaf etdiyini, eləcə də Azərbaycan Ordusunun nümayəndələrinin NATO-nun müxtəlif proqramları çərçivəsində fəal iştirakını qeyd edib.
Görüşdə təcrübə mübadiləsi baxımından bu cür tədbirlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Sonda ikitərəfli əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

-
ABŞ20:24
ABŞ ordusu üçün ilk hava taksiləri alındı
-
Hadisə19:40
Azərbaycanda polis faciəvi şəkildə HƏLAK OLDU
-
Nida Xəbər 19:23
Qənirə Paşayevaya yeni dərmanlar təyin olundu
-
Magazin118:50
Emin Ağalarov bu xanımla duet oxuyacaq - FOTO
-
Sosial18:30
Qarabağı tərk edən erməninin "dostum" dediyi məşhur azərbaycanlı DANIŞDI
-
Nida Xəbər 17:22
"Erməni sakinlərə ərzaq yardımı davam edəcək" - Hacıyev
-
Hadisə16:50
Bərdədə partlayış oldu - Yaralılar var
-
Qarabağ 16:15
Qarabağı tərk edən erməni məşhur azərbaycanlı həkimin dostu imiş