Sosial
Abşeronda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü - FOTO

“Heydər Əliyev İli” çərçivəsində Abşeron rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilib.
Publika.az xəbər verir ki, Xırdalan şəhərində ümummilli lider Heydər Əliyev adına Parkda təşkil edilən bayram konsertində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qəhrəman oğullarımızın yadigar övladları, rayonun təhsil ocaqlarının kollektivləri iştirak ediblər.
Tədbir zamanı bildirilib ki, ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”- müdrik kəlamı ölkəmizdə uşaqlara olan məhəbbətin təzahürüdür.
Konsert proqramında Abşeron Rayon Mədəniyyət Mərkəzinin, rayonda fəaliyyət göstərən məktəb və bağçaların yetirmələrinin ifasında maraqlı rəqs və musiqi nömrələri nümayiş olunub.
Sonda Vətən Müharibəsi şəhidlərinin övladlarına bayram hədiyyələri təqdim edilib.
Qeyd edək ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə rayonun Saray qəsəbəsində yerləşən 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə baş çəkilib, burada təlim-tərbiyə olunan uşaqlara bayram hədiyyələri təqdim edilərək təbrik edilib.

-
Nida Xəbər 16:39
Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı - FOTO
-
Nida Xəbər 15:22
Baş həkimdən Qənirə Paşayeva haqda üzücü açıqlama - VİDEO
-
Nida Xəbər 14:07
“Laçın” buraxılış məntəqəsində gözləyən "yardım" karvanı Ermənistana qayıdır - VİDEO
-
Nida Xəbər 13:54
Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq
-
Nida Xəbər 13:46
Fazil Mustafa Qənirə Paşayaevanın komaya düşməsindən danışdı
-
Ekologiya13:09
Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ
-
Nida Xəbər 12:51
Qənirə Paşayeva komaya bu səbəbdən düşüb
-
Nida Xəbər 10:07
Kəlbəcərdəki məşhur şirkətin ərazisində silah-sursat aşkar edildi - FOTO/ VİDEO