Sosial
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Publika.az xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən 3 saylı Şəhər Poliklinikasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Xırdalan şəhər 11 illik musiqi məktəbində, Şimal Regional Mərkəzi tərəfindən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində, Gəncə Regional Mərkəzi tərəfindən Qazax rayonu S.M.Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə regional “ASAN xidmət” mərkəzində, Cənub Regional Mərkəzi tərəfindən Yardımlı şəhər M.R.Xanıyev adına 3 nömrəli tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.




-
Maraq dünyası19:51
Mask türkcə bilən işçi axtarır - Maaşı...
-
Nida Xəbər 19:26
Ermənilərin müsadirə edilən döyüş texnikası - VİDEO
-
Hadisə19:14
SDU-nun müəllimi vəfat etdi
-
Nida Xəbər 18:34
Bayramov Hakan Fidana Qarabağ xalçası hədiyyə etdi - FOTO
-
Nida Xəbər 17:28
Qarabağda bütün mənzərə bir gündə dəyişdi - Yaşar Gülər
-
Qarabağ 16:56
Ermənilərin tərk etdiyi döyüş mövqeyinin görüntüləri - Video
-
Nida Xəbər 16:42
“Yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırıq” - Hikmət Hacıyev
-
Nida Təhlil 16:16
Bu görüş erməniləri zərərli ideologiyadan xilas edəcək - ŞƏRH