Sosial
3000 manatlıq təqaüdü kimlər ala biləcək? - VİDEO
100 tələbəyə 3 min manat birdəfəlik təqaüd veriləcək.
Təqaüd Azərbaycandakı ali təhsil müəssisələrində əyani formada təhsil alan, yüksək nailiyyətləri olan tələbələr üçün nəzərdə tutulub.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, "Xəzər Xəbər"in təqaüdün verilməsi üçün əsas meyyarlar hansılardır, kimlər bu təqüddən yararlana biləcək sualını Elm və Təhsil Nazirliyinin əməkdaşı Samir Həmidov şərh edib.
O, qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyev adına təqaüd" təsis edilib.
100 nəfər tələbə üçün təsis edilmiş "Heydər Əliyev adına təqaüd"ün verilməsi ilə bağlı maliyyələşmə zərurəti yarandıqda, bu barədə təkliflər Nazirlər Kabinetinə təqdim ediləcək.
Samir Həmidov qeyd edib ki, tələbənin qiymətləri yüksək olmalıdır. Bundan əlavə təhsil aldıqları tədris ocaında yüksək fəallıq nümayiş etdirmələri də əsas meyyarlardan biridir. Müvafiq qaydalar hazır olduqdan sonra təqaüdün verilməsinə başlanılacaq.
Qeyd edək ki, təqaüd birdəfəlik veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
-
Dəb05:15Məşhur aparıcı payızın zərif trendini açıqladı - FOTO
-
ABŞ03:43Edamdan sağ çıxan qadın yeni xəbər var
-
Dünya02:12Əfqanıstan-Pakistan sərhədində gərginlik - Silahlar işə düşdü
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO
-
ABŞ10 Oktyabr 22:24Trampdan Zelenskiyə Rusiya ilə bağlı TƏLƏB - “O, buna mütləq son qoymalıdır”
-
Səhiyyə10 Oktyabr 21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı































.jpg)



