Sahibkarlarla növbəti görüş Gəncədə keçiriləcək
Bizi izləyin

Sosial

Sahibkarlarla növbəti görüş Gəncədə keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Publika.az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Gəncə şəhərində görüşü təşkil olunacaq.

Aksiya Füzuli Parkının qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” avqustun 16-da saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm