Sosial
1980-ci ildə İrəvanda keçirilmiş azərbaycanlı toyundan görüntülər - 43 il əvvəl toyda oxuyan kim olub? - VİDEO
09:24
İnternetdə 1980-cı ildə sovet Ermənistanın paytaxtı İrəvanda keçirilmiş toy mərasiminin görüntüləri maraqla izlənib.
Publika.az Azpost.info-ya istinadən xəbərverir ki, azərbaycanlılara məxsus toy o dövrün kino kamerası ilə çəkilib. Kadrlarda maşın karvanının İrəvanın Teatr meydanında dövrə vurduğu, bəy və gəlinin “Qaz-24” avtomobilindən düşərək xatirə lövhəsi qarşısında çiçək dəstəsi qoyması əks olunub.
Daha sonra toy şadlıq evində davam edir. Toy mərasiminin o zaman populyar olan müğənni Nizami İsmayılovun idarə etdiyi görünür.
Kadrlarda əks olunan insanların sovet həyat tərzi maraq doğurur.
8 il sonra -1988-ci ildə Teatr meydanında toplanmış ermənilər “Qarabağ” deyə bağırırdılar.
1988-ci ilin dekabrında Ermənistanda yaşayan azərbaycanlılar zorla öz yurdlarından deportasiya olundular.
Uzun və qanlı Qarabağ münaqişəsi başlandı.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər










.jpg)




























