Sosial
XİN-də çalışmaq istəyənlərin nəzərinə

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə keçiriləcək yazılı imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlər üçün isə 40%-dən yuxarı) nəticə göstərən namizədlər buraxılır.
Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, tələb olunan şərtləri ödəyən namizədlər imtahanda iştirak etmək üçün 19 sentyabr saat 10:00-dan 20 sentyabr saat 18:00-dək DİM-in saytında (https://exidmet.dim.gov.az/elimt/XINTest2Merhele/QeydList) qeydiyyatdan keçib ödəniş etməlidirlər.
Qeyd edək ki, imtahanın xarici dil biliyini və Azərbaycan dili üzrə yazı bacarığını yoxlayan ikinci mərhələsi sentyabrın 23-də, danışıq bloku imtahanı isə sentyabrın 24-də keçiriləcək. Yuxarıda göstərilən müddət ərzində qeydiyyatdan keçmiş şəxslər sentyabrın 23-də və 24-də keçiriləcək imtahanlarda iştirak edə biləcəklər.
Yazılı imtahanın xarici dil biliyini yoxlayan ikinci mərhələsində dillər üzrə ümum-Avropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq namizədlərin 4 bacarıq (“dinləyib-anlama”, “oxuyub-anlama”, “yazı” və “danışıq”) üzrə qiymətləndirilməsi aparılacaq.
İmtahanın ikinci mərhələsi haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

-
Nida Xəbər 00:51
23 saat 43 dəqiqəyə 192 can - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: Yeni işə başlamaq olar
-
Nida Xəbər 27 Sentyabr 23:00
Azərbaycan dilini ana dili kimi bilən Qarabağ erməniləri - VİDEO
-
Dünya27 Sentyabr 22:08
Dağıstanda atışma: Ölən və yaralananlar var
-
İdman27 Sentyabr 21:00
İranlı qadınlara Neymarı izləmək icazəsi verildi
-
Nida Xəbər 27 Sentyabr 19:21
Qarabağda mina-tələlər zərərsizləşdirilir - VİDEO
-
Qarabağ 27 Sentyabr 17:42
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
-
Sosial27 Sentyabr 17:16
Pilotlarımız səmada “Xarıbülbül” çəkdi - Video