Sosial
Bu şəxslər quru yolla sərhədi keçə bilər
Azərbaycanda COVID-19 pandemiyası səbəbi ilə 2020-ci ilin martından tətbiq edilən xüsusi karantin rejiminin müddəti 2024-cü il yanvar ayının 2-dək uzadılıb.
Publika.az xəbər verir ki infeksiyaya yoluxma sayında azalma müşahidə edildikcə bir çox məhdudiyyətlər aradan götürülüb. Lakin həmin tədbirlər çərçivəsində qapadılan quru sərhədlər hələ də bağlıdır.
Hələlik Azərbaycandan çıxış və ölkəyə giriş üçün yeganə vasitə hava yollarıdır. Lakin qonşu ölkələrdə yaşayan azərbaycanlıların yaxınları öz qohumlarına daha tez-tez baş çəkmək istəyirlər. Pandemiya zamanı, yəni yoluxma sayı yüksək həddə olanda bu, Nazirlər Kabineti və Xarici İşlər Nazirliyi tərəfindən müəyyən qaydayla tənzimlənirdi.
Bəs indi mexanizm necədir? Xarici ölkələrə müalicəyə gedənlər, qonşu ölkələrdə birinci dərəcəli qohumu yaşayanlar və ya qonşu ölkələrdə vəfat edən birinci dərəcəli qohumu olanlar üçün xüsusi icazə varmı?
Məsələ ilə bağlı cebhe.info-ya danışan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə onların nazirliyə müraciət etməli olduqlarını deyib:
"Xarici İşlər Nazirliyinə ərizə ilə müraciət edilir, nazirlik də həmin müraciəti Nazirlər Kabinetinə ünvanlayır. Onlar tərəfindən verilən qərara əsasən fərdi qaydada quru yolu ilə çıxış və girişə icazə verilir. Yəni həmin müraciət əsasında müvafiq qərar qəbul edilir".
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO