Sosial
Metro və avtobuslarda bu "BakıKart"lardan istifadə dayandırıldı

"Yalnız bir gedişli, məhdud istifadə üçün nəzərdə tutulan "BakıKart"ın xidməti dayandırılıb".
Publika.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib.
İnsanlar arasında yayılan məlumatlarla bağlı açıqlama verən qurum rəsmisi deyib ki, bu xidmət bir müddətdir ki, fəaliyyət göstərmir:
"Sistemdə təkmilləşdirmə işləri ilə əlaqədar müvəqqəti dayandırılıb. Hazırda sistemdə yenilənmə aparılır, yekunlaşandan sonra yenidən açılacaq".
AYNA sözçüsü dayanacaqlarda terminalların hansı səbəbdən yığışdırıldığı, bununla bağlı insanların bir sıra çətinliklərlə üzləşməsi məsələsinə də fikir bildirib:
"Dayanacaqlarda o terminalların sayı çox az idi, məhdud sayda idi. "Milliön" və "E-manat" terminalları var. İndi şəhərin, demək olar ki, əksər hissəsində, marketlərdə Milliön" və "E-manat" hesabı var, orada da xidmətlər mövcuddur. Yəni dayanacaqlarda cəmi 250 terminal var idi, az idi. Amma indi 1700-1800 ədəd terminal var. "Bakı kart"dan onlayn qaydada da istifadə edə bilərlər".
Qeyd edək ki, məhdud istifadə üçün nəzərdə tutulan "BakıKart"ların qiyməti 0,20 manatdır. Bu növ karta yalnız satın alınarkən 1,2,3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 0,20 manatdır. Bu növ kart nəqliyyat vasitələrindən çox az istifadə edən şəhərin qonaqları və sakinləri üçün nəzərdə tutulub. Kart heç bir halda geri qaytarılmır.

-
Hadisə04:04
Çinarə Məlikzadənin anası həyat yoldaşının ölümündən DANIŞDI - VİDEO
-
Magazin203:47
"Onu dünyadakı tək kişi kimi hiss etdirə bilərəm"
-
Qoroskop01:51
Vanqa 2024-ü necə görüb? - Putin, xərçəng və daha nələr
-
Nida Xəbər 01:02
Araik Azərbaycan vətəndaşlığı istədi - Şok ifadə
-
Magazin100:37
Xərçəngə tutulan Sevda Əliqızının son halı - FOTO
-
Qoroskop00:14
Günün ULDUZ FALI: münasibətləri yaxşılaşdırın
-
İdman29 Noyabr 23:40
"Qalatasaray"dan "Mançester"lə matçda möhtəşəm geridönüş - YENİLƏNDİ
-
Nəqliyyat29 Noyabr 23:34
DİQQƏT! Bu yoldan keçənlər 40 manat cərimələnəcək - VİDEO